Kilian Mbappe bu gün meydana qayıda bilər. “Real”ın fransalı hücumçusu gözləniləndən tez sağalıb.

Futbolinfo.az xəbər verir ki, 3 həftəlik sıradan çıxdığı deyilən Mbappe zədə üzündən Madrid derbisini buraxmışdı. Onun gələn həftənin sonunda məşqlərə başlayacağı söylənilirdi. Amma Kilian həkimlərin təlimatlarına əməl edib, onlar da futbolçunu tez sağalda bilib. Onun hətta Çempionlar Liqasının “Lill”ə qarşı matçında qısa müddət meydanda ola biləcəyi gözlənilir.

Baş məşqçi Karlo Ançelotti frnsalının səhhəti ilə risk etmək istəmir. İtaliyalı mütəxəssis Mbappeni növbəti matçlar üçün qorumaq niyyətindədir. Amma ciddi ehtiyac olarsa, “Real” onun xidmətindən yararlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp