Massimiliano Alleqri Erik ten Haqa xələf ola bilər. İngiltərə mətbuatının yazdığına görə, “Mançester Yunayted” rəhbərliyi baş məşqçi postuna italiyalı mütəxəssisi gətirmək istəyir.

Futbolinfo.az xəbər verir ki, ötən mövsümü uğursuz keçirən, yeni çempionata da uğursuz başlayan komandada niderlandlı çalışdırıcıya son şans verilib. Növbəti 2 qarşılaşmanın nəticəsi ten Haqın taleyini müəyyən edəcək. Qarşıdakı “Portu” və “Aston Villa” ilə görüşlərdən sonra hollandiyalı mütəxəssisin vəziyyətinə aydınlıq gəticərək.

Avrpoa Liqasında və Premyer Liqada baş tutacaq bu matçlarda qələbə qazanılmasa, ten Haq istefaya göndəriləcək. Yayılan məlumatlara görə, “qırmızı şeytanlar”ın əfsanəvi baş məşqçisi Aleks Ferqyusson Alleqrinin namizədliyini dəstəkləyir.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında 6 turdan sonra 7 xalla 13-cü pillədə qərarlaşıb. Komanda artıq 3 dəfə məğlubiyyət acısı yaşayıb. Avrokubokda isə “Tvente”yə qarşı ev matçı heç-heçə nəticələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp