Türkiyə millisinin və “Qalatasaray”ın sabiq müdafiəçisi Ergün Pembe aşağı liqa klubunda çalışacaq.

Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkəsinin 2-ci liqasında çıxış edən “Mersin İdman Yurdu”nun baş məşqçisi təyin edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb.

Pembe 1994-2006-cı illərdə Türkiyə millisində, 1994-2007-ci illərdə isə “Qalatasaray”da çıxış edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp