Fernando Alonso Formula 1 tarixinin ən təcrübəli sürücüsüdür. İspan pilot 396 Qran-pridə iştirak edib. Lakin Fernando uşaqlıqda futbolu kartinqdən daha çox sevdiyini bildirib.

“Mən yarış sürücüsü olmağı seçməmişəm. Atam seçim etdim və mən də bunu qəbul etməli oldum”, – deyə Fernando Alonso Hindistanda “Aston Martin”in sponsorluq tədbirində bildirib. – “İlk kartinq yarışımı üç yaşımda etmişəm. O vaxt atam çox sevinirdi, anam isə o qədər də bundan məmnun deyildi”.

Alonso əlavə edib: “8, 9, 10 yaşım olanda həftəsonları yarışa çıxırdım, həftə ərzində məktəbdə futbol oynayırdım. Qapıda dayanırdım və yarışdan çox futbol oynamağı xoşlayırdım. Amma bunu atama deyə bilmədim.

Yüzlərlə, minlərlə insan futbol oynayır, amma Formula 1-də cəmi 20 sürücü var. Bunda cəlbedici və eksklüziv bir şey var! Amma həyatda çox şeyi əldən verdiyimi də etiraf etməliyəm.

Normal məktəb həyatım yox idi – çox dərs buraxırdım. Müxtəlif ölkələrdə yarışdım, sonra imtahan verdim və bununla bağlı bəzi problemlər yaşadım. 19 yaşımda Formula 1 sürücüsü oldum və ilk dəfə 29 yaşımda diskotekaya getdim. Çox şey əldən verdim.

Çox çatışmasa da, həyatımdan razıyam. Mənim övladım yoxdur, amma onların olmasını çox istəyirəm. Ümid edirəm ki, bu, uzun illər davam etməyəcək. Amma indi bütün diqqətimi Formula 1-ə vermişəm – növbəti iki-üç il üçün. Mən üçüncü titulu qazanmaq istəyirəm və hazırda bu, mənim əsas və yeganə prioritetimdir.

Prinsipcə sürücülər və idmançılar böyük məsuliyyət daşıyırlar, çünki onlar bir çox insanlar üçün nümunədirlər. Buna görə də düzgün davranmaq lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp