ABŞ Antidopinq Agentliyi (USADA) 70 yaşlı idmançı Loretta Törneri diskvalifikasiya edib. Qadağa müddəti 4 il olacaq.

2024-cü ilin iyulunda ABŞ-nin Atletika üzrə çempionatı zamanı Törnerdən götürülən testlərdə oksandrolon və onun metabolitləri aşkar edilib.  İdmançının 4 illik diskvalifikasiya müddəti avqustun 9-da başlayıb. Bundan əlavə, Törner iyulun 19-dan etibarən bütün yarışlardan diskvalifikasiya olunub.

Loretta Törner 65-69 yaşlı idmançılar arasında 50, 60 və 100 m qaçışlarda dünyada ən yaxşı nəticələrə malikdir. O, bu nəticələri 2023-cü ildə göstərib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp