“Liverpul” 2 ildir transfer edə bilmədiyi Orelien Çuameni üçün yeni təklif hazırlayır. İngiltərə klubu “Real”ın qapısını 80 milyon avro ilə döymək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, madridlilər Fransa yığmasının üzvünü satmaq istəmir. Amma futbolçu əsas heyətdə daha çox oynamaq və daha çox pul qazanmaq üçün təklifə isti yanaşır.

24 yaşlı Kamerun əsilli dayaq yarımmüdafiəçisi 2 ildir “Real”da oynayir. İspanlar “Bordo” yetirməsi üçün elə 80 milyon avro ödəmişdi. Oyunçu getməyə israr etsə, “Kral klubu” 4 illik müqaviləsi qalan Çuameni üçün 100 milyon tələb edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp