Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.
Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Bu ənənə Santuşun yığmamıza gəlişi ilə yaranıb. Portuqaliyalı mütəxəssis ilk iki oyun üçün heyəti də mətbuat konfransında elan etmişdi.