16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, yığma turnirdə keçirdiyi ilk oyunda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp