15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində üçüncü – sonuncu oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Görüş Qazaxıstan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz turnir çərçivəsində daha əvvəl Belarus (1:2) və Rusiya (1:3) yığmaları ilə qarşılaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp