Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.

F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

  1. Rəvan Kazımov – Neftçi
  2. Xəyal Fərzullayev – Sumqayıt
  3. Rüstəm Samiqullin – Neftçi
  4. Süleyman Damadayev – Qəbələ
  5. Seymur Məmmədov – Sabah
  6. Emin Rüstəmov – Səbail
  7. Cəlal Hüseynov – Arda (Bolqarıstan)
  8. Eşqin Əhmədov – Qəbələ
  9. Abdulla Rzayev – Sabah
  10. Rüfət Əhmədov – Turan Tovuz
  11. Rüfət Abbasov – Şamaxı
  12. Mahir Həsənov – Kəpəz
  13. Qurban Səfərov – Şamaxı
  14. Mirəli Əhmədov – MOİK
  15. Rauf Rüstəmli – Şamaxı
  16. Emil Səfərov – Neftçi
  17. Xəyal Əliyev – Sabah
  18. Murad Vəliyev – Nomme Yunayted (Estoniya)
  19. Fərid Yusifli – Turan Tovuz
  20. Şahin Şahniyarov – Qəbələ
  21. Zeynəddin Abdurahmanov – Cəbrayıl
  22. Samir Məhərrəmli – Cəbrayıl
  23. Nəriman Axundzadə – Qarabağ
  24. Samir Abdullayev – Səbail
  25. Ağadadaş Salyanski – Neftçi
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp