Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, konfransda milli assosiasiyanın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.

Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:

  • Ötən lisenziyalaşdırma mövsümünün icmalı;
  • Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;
  • Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
  • UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;
  • Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;
  • Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.
Shares: