AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri” keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək yarışın təqvimi də müəyyənləşib.

Turnirin son günündə mükafatlandırma mərasimi baş tutacaq.

“Payız turniri”nin təqvimini diqqətinizə çatdırırıq:

9 oktyabr

10:00. Açılış mərasimi
10:30. Bakı – Azəri
11:30. Zirvə – Şimşək
12:30. Azəri – Ümid

10 oktyabr

10:00. Zirvə – Bakı
11:00. Şimşək – Azəri
12:00. Ümid – Zirvə
13:00. Bakı – Şimşək

11 oktyabr

10:00. Ümid – Bakı
11:00. Azəri – Zirvə
12:00. Şimşək – Ümid
13.00. Mükafatlandırma mərasimi

Qeyd edək ki, “Payız turniri” oktyabrın 11-də başa çatacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp