UEFA Millətlər Liqası çərçivəsində Estoniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Tallin şəhərinə yola düşüb.

Futbolinfo.az xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız oktyabrın 10-da Bakı vaxtı ilə saat 18:00-da matçın baş tutacağı “Lilleküla” stadionunda son məşqinə çıxacaq.

Oktyabrın 11-də keçiriləcək Estoniya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp