Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.

23 oktyabr
21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
St. Yakob-Park stadionu

6 noyabr
18:00. “Sabah” – “Bazel”
Baş hakim: Omarov Rustam (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)
ASCO Arena

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp