Qara Qarayev karyerasını bitirmək qərarına gəlib. Milli komandamızın sabiq üzvü istədiyi təklifi almadığı üçün bu addımı atır.

Futbolinfo.az xəbər verir ki, “Neftçi” ilə müqaviləsini qarşılıqlı razılıqla pozan yarımmüdafiəçinin “Sabah”a keçidi reallaşmayıb. Sərbəst oyunçu olmasına rəğmən, bakılılar onu heyətə qatmağı lazım bilməyib.

Qaranın klubsuz qalmasında yüksək maaş tələbi də rol oynayıb. “Araz-Naxçıvan” məhz bu səbəbdən Qarayevlə danışıqları başlayan kimi bitirib. 12 il “Qarabağ”da çıxış etmiş 32 yaşlı yarımmüdafiəçi kiçik məbləğli maaşa oynamaqdansa, butsları mıxdan asmağı üstün tutub.

Shares: