“Karvan” I Liqanın 6-cı turu çərçivəsində səfərdə MOİK-in qonağı olacaq. Liderlyini qorumaq istəyən “ağ-qaralar” bu matça hazırlığı şəhər stadionunun ehtiyat meydançasında davam etdirir.

Komandanın dünənki məşqi bir saat davam edib. Ümumilikdə 20 futbolçu əvvəlcə yüngül qaçış və isinmə hərəkətləri edib. Ardınca onlar müxtəlif texniki və taktiki çalışmalar üzərində işləyiblər. Bundan sonra baş məşqçi Kənan Kərimov komandanı hərəsində 8 futbolçu olmaqla, iki qrupa bölüb. Qapıçılar isə məşqçi Amil Orucovun rəhbərliyi altında ayrıca çalışıblar. Çalışmalar futbolçuların cinahlardan asma və uzun ötürmələri ilə başa çatıb.

971e92a4 be4c 44c0 893f b49d5731949f - Futbolinfo.az

İlk 5 oyunda xal itirməyən “Karvan” Premyer Liqaya vəsiqə qazanmağa iddialıdır. Amma baş məşqçisi Kənan Kərimov bundan sonrakı oyunların daha çətin keçəcəyini deyir. Bu üzdən o, MOİK-lə qarşılaşmaya xüsusi önəm verir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp