15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 23-dən noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-15 toplanış zamanı Tükiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də iki yoldaşlıq oyunu keçirəcək.

Türkiyənin U-15 yığması isə oktyabrın 26-dan noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.

U-15 milliyə bu futbolçular çağırılıb: Bilal Hacıyev, Oqtay Mehrəliyev, Uğur Qurbanlı, Vaqif Nəbiyev, Arda Əzizli, Roman Fərzəli, Ömər Fətəliyev, Əli Bəşirov, Murad İsmayılov, Cavidan Əlizadə (hamısı “Qarabağ”), Əbubəkir Abdullayev, Vaqif Məmmədli, Nihad Hüseynzadə, Rəvan Məmmədov, Ruslan Əbilov (hamısı “Sabah”), Ruslan Quliyev (“Neftçi”), Mehdi İsmayılov, Tunar Bayramov (hər ikisi “Qəbələ”), Cəfər Balakişiyev (“Zirə”), Yusif Orucəliyev (EFA), Mirzə Məmmədli, Tunar Əsgərzadə, Ömər Kosayev (hamısı “Sumqayıt”).

Shares: