“Cenoa” heyətini yeni futbolçu ilə gücləndirib. Zədəlilərin çoxluğundan əziyyət çəkən klub Mario Balotelli ilə mövsümün sonunadək müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin sabiq üzvü bu müddətdə yarım milyon avro qazanacaq. “Cenoa” qalmaqalçı hücumçunun xarakterini nəzərə alaraq müqaviləyə anlaşmanı istənilən vaxt birtərəfli pozmaq imkanı verən bənd salıb.
3 ldən sonra A Seriyasına qayıdan Mario bu müddətdə xeyli klub dəyişib. O, son olaraq “Adana Dəmirspor”da oynamış, “Syon”a icarəyə verilmişdi.