17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının I seçmə mərhələsində Serbiya və Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların təyinatları müəyyənləşib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17-nin Serbiya yığması ilə görüşünü uelsli, ev sahibi Lüksemburq seçməsi ilə matçını isə gürcüstanlı baş hakim idarə edəcək.
30 oktyabr
21:00. Serbiya (U-17) – Azərbaycan (U-17)
Hakimlər: Charlotte Carpenter, Michelle Jane Portelli (hər ikisi Uels), Sopo Tsulaia, Mzevinari Sharashanidze (hər ikisi Gürcüstan)
Munisipial stadionu, Bettemburq
2 noyabr
19:00. Azərbaycan (U-17) – Lüksemburq (U-17)
Hakimlər: Mzevinari Sharashanidze, Sopo Tsulaia (hər ikisi Gürcüstan), Maria Detsi, Eirini Pingiou (hər ikisi Yunanıstan)
Munisipial stadionu, Bettemburq