Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş karate-do üzrə dünya çempionatında uğurlu çıxış edib.
Futbolinfo.az Karate-Do Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31-ci dəfə təşkil olunan turnirdə idmançılarımız şəxsi yarışlarda 7 qızıl medal qazanıblar.
Karateçilərdən Əli Əhmədov (10-11 yaş, 34 kq), Eldar Bağırov (12-13 yaş, 53 kq), Mikayıl Nağıyev (14-15 yaş, “Open”), Zəki Cəfərzadə (16-17 yaş, 73 kq), Nərmin Əliyeva (14-15 yaş, “Open”), Humay Həsənli (18 və daha yuxarı yaş qrupu, 58 kq) və Rauf Yusifov (Master) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bununla yanaşı, yığma komanda yarışında 2 qızıl medal əldə edib. 12-15 yaş qrupunda oğlanlar, eyni yaş qrupunda qarışıq komanda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycan millisi bu nəticə ilə dünya çempionatında 44 ölkə arasında 5-ci yeri tutub.