İtaliya A Seriyasında 10-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.
“Fiorentina” səfərdə “Cenoa”nı, “Roma” isə evdə “Torino”nu minimal hesabla üstələyib. “Latsio” da “Komo”ya böyük hesabla qalib gəlib.
Hazırda 25 xala malik “Napoli” vahid liderdir. “İnter” 21 xalla ikincidir, “Atalanta”, “Fiorentina” və “Latsio”nun 19 xalı var. “Yuventus” 18, “Udineze” 14, “Milan” və “Torino” 14, “Roma” 13 xal toplayıb.
İtaliya A Seriyası
10-cu tur
29 oktyabr
Kalyari – Bolonya 0:2
Qollar: Orsolini, 35. Odqor, 51.
Leççe – Verona 1:0
Qol: Dorqu, 51.
Milan – Napoli 0:2
Qollar: Lukaku, 5. Kvaratsxeliya, 43.
30 oktyabr
Empoli – İnter 0:3
Qollar: Frattezi, 50; 67. L.Martines, 79.
Venesiya – Udineze 3:2
Qollar: Pohyanpalo, 41-pen; 86-pen. Nikolussi, 56 – Lovriç, 19. Bravo, 25.
Atalanta – Montsa 2:0
Qollar: Samardziç, 70. Zappakosta, 88.
Yuventus – Parma 2:2
Qollar: Makkenni, 31. Vea, 49 – Del Prato, 3. Som, 38.
31 oktyabr
Cenoa – Fiorentina 0:1
Qol: Qosens, 72.
Roma – Torino 1:0
Qol: Dibala, 20.
Komo – Latsio 1:5
Qollar: Mazzitelli, 53 – Kastelyanos, 28-pen; 81. Pedro, 31. Patrik, 72. Tçauna, 90+5.