Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsinin cavab oyunları çərçivəsində noyabrın 6-da keçiriləcək “Kayrat” (Qazaxıstan) – “Betis” (İspaniya) görüşünün hakim-inspektoru olacaq.

Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.

Shares: