21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb.

Qarşılaşmanın tarixi və yeri hələ bəlli deyil.

Qeyd edək ki, daha əvvəl U-21-in noyabrın 16-da və 19-da Belarusla yoxlama görüşü nəzərdə tutulmuşdu.

Shares: