“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu səfərdə Norveç təmsilçisi “Bodo Qlimt”lə qarşılaşacaq.

Əvvəlki oyunlarından xalsız ayrılmış Ağdam klubu siftəni Norveçdə gerçəkləşdirməyə çalışacaq. Amma rəqib heç də sıradan bir komanda deyil.

“Bodo Qlimt” bu mövsüm Avroliqanın Liqa mərhələsində keçirdiyi 3 oyundan 2 qələbə və 1 heç-heçə ilə ayrılıb. Komanda 7 xalla 9-cu pillədə qərarlaşıb.

Avropa Liqası
Liqa mərhələsi

7 noyabr

21:45. Bodo Qlimt – Qarabağ
Baş hakim: Luis Qodinyo (Portuqaliya).
“Aspmyra” stadionu.

Shares: