Yevlax Şəhər İcra Hakimiyyəti və yerli gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə futbol komandaları arasında rayon turniri keçirilib. Yarış 8 Noyabr – Zəfər Günü münasibəti ilə yeniyetmə və gənclər arasında təşkil olunub.
Yarışda UGİM, “Zəfər”, “Vətən”, “Karvan”, “Aran”, “Ulduz”, “Uğur”, “Ümid” komandaları iştirak edib.
Tədbirin keçirilmə məqsədi yeniyetmələr və gənclərin sağlam ruhda tərbiyə olunması, futbol idman növünün rayonda inkişaf etdirilməsi, perspektivli futbolçuların müəyyən edilməsi, Zəfər Gününün mahiyyətinin yeniyetmə və gənclərə aşılanması olub.
Gərgin keçən görüşlərin sonunda ilk üçlükdə qərar tutan komandaların adına aydınlıq gəlib. Yarışda I yerə UGİM, II yerə “Vətən”, III yerə isə “Ümid” komandası layiq görülüb. Qaliblər medal və diplomla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV