“Əvvəla Zəfər Günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu cür gündə milliyə dəvət almaq qürur hissidir” – bunu futbolinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Aydın Bayramov deyib.


Çərçivə qoruyucusu yığma komandaya dəvət almasından danışıb:

“Bu hissləri sözlə anlatmaq çətindir. İnşallah, qarşıdakı oyunlarda qələbə qazanıb xalqımzı sevindirərik. Açığı, bu dəvəti gözləyirdim. Hər iki matça qalibiyyət üçün çıxacağıq”.

Shares: