“Səbail”ə qarşı istədiyimiz oyunu göstərə bilmədik. Keçən tur “Qarabağ”la matçda tam fərqli performans göstərmişdik”. Bu sözləri futbolifo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Rüfət Əhmədov deyib.

Müdafiəçi dünənki oyunda iki xal itirdiklərini söyləyib: “Məncə, həmişə yaxşı oynayacağıq deyə bir şey yoxdur. Bəzən elə olur ki, alınmır. Bu gün də “Səbail”ə qarşı oyunumuz alınmadı. Sevindirici hal odur ki, ən azından xal qazandıq və məğlub olmadıq. Lakin iki xal itirdiyimizi deyə bilərəm. Qələbə qazanma şansımız var idi. Məncə, bu gün oyunumuz alınmadı. “Araz-Naxçıvan”la xal fərqimiz bir qədər dəarta bilər. Amma bunun bizə mane olacağını düşünmürəm. Futbol elədir ki, sabah necə olacağını bilmək olmur. İnşallah, məşqçinin verdiyi tapşırıqları maksimum yerinə yetirərək, daha yuxarı pillələrdə olacağıq. Qaçırdığımız penaltinin də oyuna təsiri olduğunu düşünürəm. Amma bu, adi haldır. Bəzən dünyaca məşhur futbolçuların da başına gəlir. Rəqib seçmədən bütün komandalarla görüşə eyni həvəslə hazırlaşırıq. Bu günü unudub, “Sabah”la görüşə hazırlaşacağıq. Orada da yaxşı futbol göstərib, 3 xalı qazanmaq istəyirik”.

Xatırladaq ki, “Səbail” – “Turan Tovuz” oyunu 1:1 hesabı ilə başa çatıb.

GÜNAY SÜLEYMANOVA

Shares: