Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu Avropa Kubokunda bu gün növbəti matçını keçirib.

Futbolinfo.az xəbər verir ki, təmsilçimiz yarışın 3-cü mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə üz-üzə gəlib.

Mingəçevir şəhərindəki “Kür” Olimpiya İdman Tədris Mərkəzində təşkil olunan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 33:20.

Komandalar arasında cavab oyunu sabah eyni məkanda baş tutacaq.

Shares: