“Napoli” Viktor Osimhen üçün daha bir təklif alıb. Hazırda “Qalatasaray”da icarədə olan nigeryalı hücumçu qışda geri çağırılaraq satıla bilər.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı forvardın İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında bitir və onu uzatmaq niyyətindədir. Bu səbəbdən neapollular dəyəri 75 milyon avroyadək enmiş oyunçunu tez bir zamanda satmaq istəyir.

Yeni müştəri isə “Mançester Yunayted”dir. İngiltərə klubu Osimhen üçün 30 milyon avro və Josua Zirkzeeni “Napoli”yə təklif edib.

Shares: