RB komandası noyabrın 22-dən 24-dək keçiriləcək Formula 1 üzrə Las-Veqas Qran Prisi üçün xüsusi livreya təqdim edib.

Parıldayan liveriya yarış trassının və bütün Las-Veqasın parlaqlığını və gözəlliklərini əks etdirmək üçün nəzərdə tutulub. O, Las-Veqasın parlaq işıqlarını və canlı gecə həyatını təmsil edən mavi və yaşıl rənglərə malikdir.

Pilotlar Yuki Tsunoda və Liam Louson da daxil olmaqla komandanın geyimi də mərhələ üçün xüsusi olaraq dəyişdirilib.

2024-cü il mövsümünün 21 mərhələsindən sonra “McLaren” 593 xalla Mühəndislər kubokunda liderdir. İkinci yerdə olan “Ferrari”nin 557, üçüncü “Red Bull”un 544 xalı var. RB 44 xalla komanda hesabında səkkizinci yerdədir.

Shares: