Formula 1 üzrə dünya çempionatının 22-ci mərhələsində təsnifat geridə qalıb. Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçirilən yarışda Corc Rassel ən yaxşı nəticə göstərib.

Bütün sərbəst yürüşlərdə daha sürətli olan “Mersedes” komandası təsnifatı da yüksək səviyyədə keçirib. Corc Rassel final sessiyasının sonunda Karlos Saynsı keçməyi bacarıb.

Beləliklə də, sabah baş tutacaq yarışda 1-ci yerdən Rassel start verəcək. Ondan sonra Karlos Sayns , ardınca isə Pyer Qasli qərarlaşacaq.

Çempionluğun əsas namizədi Maks Ferstappen 5-ci nəticə göstərib. Əsas rəqibi Lando Norris 6-cı olub.

Shares: