“Birinci hissədə bizim üçün bir az çətin oldu. İkinci yarıda isə baş məşqçi oyun üslubunu dəyişdi və bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq”. Bu sözləri “Qarabağ” – “Olimpik” matçından (1:4) sonra qonaqların futbolçusu Georgi Mikautadze jurnalistlərə açıqlamasında bildirib.

Dublla yadda qalan gürcü hücumçu daha sonra suallara cavab verib:

– Qələbədən məmnunsan?

– Bakıya 3 xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi.

– “Qarabağ” haqda nə deyə bilərsən?

– “Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Lakin oyun üslubları xoşuma gəldi.

– Bakını gəzməyə vaxtın oldu? Şəhərimizi bəyəndin?

– Bakıda olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm.

GÜNAY SÜLEYMANOVA

Shares: