“Qarabağ” UEFA Avropa Liqasında qapıçısı ən çox “seyv” edən komandalar sırasındadır.
Futbolinfo.az saytı xəbər verir ki, təmsilçimiz 5-ci turda Fransa klubu “Olimpik”ə (Lion) 1:4 hesabı ilə məğlub olmasına baxmayaraq, qapıçıları ön pillələrdədir.
Dünənki qarşılaşmada Mateuş Koxalski 4 dəfə komandasını qoldan xilas edib. Bununla “Qarabağ”ın qapıçıları cari mövsüm bu turnirdə “seyv” sayını 23-ə çatdırıblar. Bunun 20-si Koxalskinin, 3-ü isə Fabian Buntiçin payına düşür.
Bu göstəriciyə görə, Azərbaycan çempionu Avropa Liqasının 4-cüsüdür. Cədvələ 27 qurtarışla “Beşiktaş”ın qapıçısı liderlik edir. “Bodo Qlimt” (26) ikinci, Kiyev “Dinamo”su (24) isə üçüncü pillədədir.
Koxalski özü qapıçılar arasında 20 qurtarışla 6-cıdır. Ən çox “seyv”lə yadda qalan “Bodo Qlimt”in qolkiperi Nikita Haikin (26) olub.