Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü mərhələsində bu gün İslandiyanın “Haukar” klubu ilə üz-üzə gələcək.

Futbolinfo.az xəbər verir ki, “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Görüşü moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyuk idarə edəcək.

Razılaşmaya əsasən komandalar arasında cavab görüşü də sabah “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək. “Kür” 2-ci mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi (32:29, 35:31).

Shares: