“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutmuş “Zirə” ilə qarşılaşma haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti belə şərh edib:

“İki fərqli hissə gördük. Buna siz də şahid oldunuz. “Zirə” çox yaxşı mübarizə apardı. Bilirdik ki, çətin olacaq. Bu gün bizə vurulan qollar hədiyyə idi. Bizim fərdi səhvlərimiz bu qollara səbəb oldu. Komandanın oyunundan və 1-ci hissədən razıyam. Rəqib səhvlərimizdən istifadə etdi və qələbə qazandı. Onları təbrik edirəm. Bu, futboldur. Bu məğlubiyyətə görə günahı oyunçularımın və ya kiminsə üstünə atmaq düzgün olmazdı. Biz komanda olaraq uduzduq. İkinci hissədə qol buraxdıqdan sonra da komandalarda ruh düşkünlüyü oldu. Bu da komandaya təsir etdi. Çətin komandaya qarşı oynadıq. Bu, normaldır. “Sumqayıt”da arxayınlıq ola bilməz. Biz hər gün daha yaxşı olmaq üçün çalışırıq”.

Shares: