Sinqapurda dünya şahmat tacı uğrunda matç davam edir. Bu gün iddiaçılar arasında 5-ci partiya baş tutub.

4 oyundan sonra Din Lijen və Qukeş Dommaradju hərəyə bir qələbə qazanmışdılar. 5-ci partiyada hindistanlı qrossmeyster ağ fiqurlarla oynayıb. Lakin o, debütdə Din Lijenə problem yarada bilməyib.

Sonrakı hissələrdə də qeyri-adi bir şey baş verməyib. Şahmatçılar 40-cı gedişdə heç-heçəyə razılaşıblar. Beləliklə də, matçda hesab 2,5/2,5 xal olub.

Shares: