“Liverpul”dan tanıdığımız Nabi Keytanın işləri yaxşı getmir. Tərübəli yarımmüdafiəçi “Verder”də heyətə düşmür.

Futbolinfo.az xəbər verr ki, 2023-cü iln yayında azad agent kimi Bremen klubuna keçən qvineyalı 3 illik müqavilə bağlamışdı. Amma 29 yaşlı oyunçu bu ilin aprelindən etibarən əvəzedici komandada məşq edir. O, “Bayer”lə matça komanda ilə birlikdə getməkdən boyun qaçırdıqdan sonra əsas heyətdən uzaqlaşdırılıb.

Keyta və klub bu durumdan məmnun deyil və tərəflər onun icarəyə verilməsini razılaşdırıb. Danışıqlar uğurla bitsə, yanvarda Nabi “Ferentsvaroş”a veriləcək. “Qarabağ”dan tanıdığımız Kadi Borgesin də çıxış etdiyi Macarıstan klubu yaya kimi onun xidmətindən faydalanmaq, daha sonra birdəfəlik transfer etmək niyyətindədir.

Xatırladaq ki, “Liverpul” 2018-ci ildə Keyta üçün “Leypsiq”ə 60 milyon avro ödəmişdi.

Shares: