Conatan Devidi transfer etməyə çalışan “Barselona” ingilislərlə mübarizə aparır. Futbolçu özü İspaniya nəhəngində oynamaq istəyir, amma məxsus olduğu “Lill”in tələb etdiyi transfer haqqı onların büdcəsinə görə deyil.
Futbolinfo.az xəbər verir ki, məhz bu üzdən 24 yaşlı kanadalının Dumanlı Albiona getmək şansı yüksəkdir. Hücumçuya müştəri düşən “Arsenal”la “Mançester Yunayted”in maaş təklifi də daha cəlbedicidir.
2020-ci ildə “Gent”dən 27 milyon avroya transfer edilən futbolçunun dəyəri hazırda 60 milyondur. Amma Fransa klubu yayda müqaviləsi bitən Devidə görə heç nə qazana bilməyəcək. Ona görə də yeni anlaşmadan boyun qaçıran hücumçunun yanvarda satılması mümkündür.