Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 3 gün davam edən yarışda 6 idman klubundan 95 gimnast müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparıblar.
Alətsiz, top, halqa və gürzlər proqramlarında rəngarəng çıxışlarla yadda qalan idmançılar öz məharətlərini nümayiş etdiriblər.