“Neftçi”ni tərk edən Mark Tamaşın yeni komandasının adına aydınlıq gəlib. Macar müdafiəçi karyerasını Rumıniyaya davam etdirəcək.
31 yaşlı futbolçu bu ölkənin çempionatında çıxış edən “Sepsi” ilə anlaşıb. Rumıniya mətbuatının məlumatına görə, Tamaşla qarşıdakı günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Mark “Neftçi”yə məhz “Sepsi”dən keçmişdi.