Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün final oyununun keçiriləcəyi stadion məlum olub.

Futbolinfo.az xəbər verir ki, qarşılaşma 1 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Matçın başlama saatı və finala aid digər detallar barədə Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumat yerləşdiriləcək.

Shares: