Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı tura bu gün start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK – “Murov Az Terminal”, 18:00-da “Azərreyl” – “Neftçi” görüşü başlayacaq.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.

Yanvarın 18-də, saat 18:00-da isə “Xilasedici” və “Gənclər” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Shares: