“O, ambisiyaları çox olan futbolçudur”.

Futbolinfo.az “Uol.com”a istinadən xəbər verir ki, bunu Braziliyanın “Flamenqo” komandasının baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Olavio Juninyo haqqında danışarkən deyib.

39 yaşlı mütəxəssis hücumçunun oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik olduğunu bildirib:

“Juninyo bizə çox kömək edəcək. Heyətin səviyyəsini yüksəldəcək”.

Juninyo 2023-cü ildən “köhlən atlar”ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: