“Real”ı “Liverpul”un sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold ilə müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, 26 yaşlı ingilis mövsüm bitdikdən sonra “Los Blancos”a keçəcək. O, imza bonusu olaraq təxminən 18-20 milyon avro alacaq.

Xatırladaq ki, Trentin “Liverpul”la müqaviləsi bu ilin 30 iyununa qədərdir. Madridlilər onu elə indi almağa çalışsa da, mersisaydlılar satışdan imtina edib. Belədə İspaniya nəhəngi oyunçunun müqaviləsinin bitiminə 6 ay qalmış müqavilə imzalamaq hüququndan istifadə edib.

Cari mövsümdə 26 yaşlı müdafiəçi “qırmızılar”ın heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Shares: