“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində sonuncu matçına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv səfərdə “Olimpiakos”la üz-üzə gələcək.

Yunanıstan təmsilçisi ilə qarşılaşma Pireydəki “Georgios Karaiskakis” stadionunda baş tutacaq. Qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Keçirdiyi oyunlarda cəmi bir qələbəsi olan Azərbaycan çempionu hazırda 3 xalla 34-cü pillədə qərarlaşıb. “Olimpiakos” isə Liqa mərhələsində keçirdiyi əvvəlki 7 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 məğlubiyyət görüb. Bu komanda hazırda 12 xalla 12-ci pillədədir.

Avropa Liqası
Liqa mərhələsi

30 yanvar

00:00. “Olimpiakos” – “Qarabağ”
Baş hakimr: Radu Petresku (Rumıniya).
Hakim-inspektor: Gediminas Mazeyka (Litva).
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina).
“Georgios Karaiskakis” stadionu.

Shares: