“Zirə”nin futbolçusu Salifu Sumanın Ukraynanın “Dinamo” (Kiyev) klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Futbolinfo.az-ın məlumatına görə, ukraynalılar 21 yaşlı futbolçu üçün Azərbaycan klubuna 1 milyon avro transfer məbləği ödəməyə hazırdır (matc.az).

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə saytımıza açıqlamasında məsələyə münasibət bildirib. O, qeyd edib ki, rəsmi olaraq heç bir təklif almayıblar: “Suma ilə maraqlananlar var. Amma “Dinamo”dan rəsmi təklif almamışıq”.

Ukrayna mətbuatının yazdığına görə, Suma ilə Kiyev təmsilçisindən başqa maraqlanan klublar da var. Bəlkə elə bu səbəbdən ötən həftə Salifu ilə müqavilənin müddəti 2027-ci ilin yayına kimi uzadılıb. O isə “Qarabağ”la son matçda dubl edərək dəyərini təsdiqləyib.

Qeyd edək ki, 2023-cü ilin yayında “Havr”dan “Zirə”yə keçən Suma cari mövsümün 23 oyununda 4 qol vurub.

Shares: