“Monako” Türkiyənin “Beşiktaş” klubunun yarımmüdafiəçisi Əl-Musratini icarəyə götürüb.

Futbolinfo.az xəbər verir ki, liviyalı oyunçu cari mövsümün sonuna qədər Liqa 1-də çıxış edəcək.

Karyerası ərzində daha çox “Braqa”da (Portuqaliya) forma geyinən Əl-Musrati 151 qarşılaşmada 15 qol vurub.

Cari mövsümdə “Beşiktaş”ın heyətində 25 oyuna çıxan futbolçu 2 qola imza atıb.

Shares: