Dortmund “Borussiya”sı İsveç millisinin futbolçusunu transfer edib.
Futbolinfo.az xəbər verir ki, Almaniya klubu Danimarkanın “Nordsyelland” komandasından Daniel Svenssonu icarəyə götürüb.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Dortmundlular 22 yaşlı sol cinah müdafiəçisini istəyə uyğun birdəfəlik almaq hüququna malikdir.
Svensson cari mövsümdə “Nordsyelland”ın heyətində 19 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.