Biatlon üzrə altıqat olimpiya çempionu, fransalı Martin Furkad 2030-cu il Qış Olimpiadasının təşkilat komitəsinin rəhbəri postu uğrunda yarışdan geri çəkildiyini açıqlayıb. Buna səbəb Fransa Alplarında regional hökumətlə fikir ayrılıqları olub.
“Mən “Alp 2030” layihəsinə Fransanın qış idman növlərinin və dağlıq bölgələrimizin üzləşdiyi böyük problemlərə cavab verməyə hazır ölkə olduğuna inamı ilə qoşuldum. Ancaq bu missiyanı rahat şəkildə yerinə yetirmək üçün çoxlu fikir ayrılığı var. İdarəetmə üsulu, baxış, ərazi iddiaları: biz bu fundamental məsələlərdə razılığa gələ bilmədik. Mənim bu Olimpiada ilə bağlı istəklərim aydındır: onlar vaxtında və tam şəkildə ölkəmizin ekoloji problemlərini, iqtisadi reallıqlarını nəzərə alaraq təşkil edilməlidir.
Bu şərtlər altında mən çalışa bilmərəm. O üzdən prezidentlik iddialarımdan əl çəkmək qərarını verdim”, – deyə əfsanəvi idmançı “L’Equipe” nəşrinə açıqlamasında bildirib.