“Hər oyundan maksimum nəticə ilə ayrılmaq istəyirik. Hazırda çempionluq barədə düşünmürük, çünki əsas məqsədimiz avrokuboklara yollanmaqdır. Bu yolda əlimizdən gələni edirik və inşallah, bunu bacararıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Tərlan Əhmədli deyib.
Qolkiper hər iki cəbhədə də uğur qazanmağın əsas hədəfləri olduğunu bildirib: “Çempionatla yanaşı, ölkə kubokunda da mübarizə aparırıq. Hər iki cəbhədə uğur qazanmaq əsas hədəfimizdir. Son oyunda “Sumqayıt”la 0:0 hesablə heç-heçə etdək də, artıq bu matçı unudub qarşıdakı görüşlərə fokuslanmalıyıq. Qarşıda bizi ölkə kuboku oyunu gözləyir və rəqibimiz “Zirə”dir. Ümid edirəm ki, hər iki matçda da qələbə qazanaraq yarımfinala yüksələcəyik”.
Ehtiyatda qalmasına toxunan Əhmədli bildirib ki, qərar baş məşqçiyə məxsusdur və o, verilən şansdan maksimum istifadə etməyə çalışır: “Qapıda kimin oynayacağı məşqçi heyətinin qərarıdır. Mən isə istənilən qərara hörmətlə yanaşıram. Əsas odur ki, komandamız uğur qazansın. Qarşıdakı oyunlarda iştirak edəcəyimə ümid edirəm və şans qazandıqca əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.
GÜNAY SÜLEYMANOVA